Gürcüstanda milli parkda baş verən yanğının söndürülməsinə helikopterlər cəlb edilib
Gürcüstanda Borjomi-Xaraqauli Milli Parkı ərazisində baş verən yanğının söndürülməsinə dörd helikopter cəlb edilib.
Fhnews.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə yerində təcili qərargah yaradılıb. Ərazi pilotsuz uçan aparatı vasitəsilə izlənilir.
Qeyd edək ki, yanğınlar qurumuş ağacların çox olduğu qayalıq ərazilərdə başlayıb və hazırda meşənin aşağı örtüyü yanır. Bu mərhələdə yanğının məskunlaşma olan ərazilərə keçməsi təhlükəsi yoxdur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...