Gürcüstanda HİV virusuna yoluxanların sayı 10 mini ötüb
Cari ilin may ayının 19-dək Gürcüstanda HİV virusuna yoluxanların sayı 10608 nəfərə çatıb. Onlardan 217 nəfəri bu virusa cari ildə yoluxub. HİV-ə yoluxanların 7945-i kişilər, 2663-ü isə qadınlardır.
Fhnews.az xəbər verir ki, bu barədə Gürcüstanın QİÇS və İnfeksion Patologiya, Kliniki İmmunologiya Mərkəzi məlumat yayıb.
Bildirilir ki, QİÇS/HİV Gürcüstanda ilk dəfə 1989-cu ildə qeydə alınıb. Həmin vaxtdan bəri bu xəstəlik 2263 nəfərin həyatına son qoyub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...