Gürcüstan Polşadan zenit-raket kompleksi alacaq
Gürcüstan hökuməti ölkənin müdafiəsini gücləndirmək məqsədilə Polşadan yeni zenit–raket kompleksi alacaq.
Fhnews.az xəbər verir ki, bununla bağlı Gürcüstan Müdafiə Nazirliyi Polşanın “MESKO S.A” şirkəti ilə müqavilə imzalayıb.
Nazirlikdən bildirilib ki, sənəd “Gürcüstan Müdafiə Qüvvələrinin İnkişafı” Proqramı çərçivəsində imzalanıb. Məqsəd Gürcüstan Silahlı Qüvvələrini NATO standartlarına cavab verən silahlarla təchiz etməkdir.
Nazir müavinin Polşa şirkətinin nümayəndəsi ilə görüşündə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə kömək edəcək NATO standartlarına uyğun müasir silahların Gürcüstanda tətbiqinin vacibliyi müzakirə olunub.
Qeyd edilir ki, “MESKO S.A” şirkəti silah istehsalında böyük təcrübəyə malikdir. Həmin şirkət NATO qoşunları üçün səlahiyyətli təchizatçıdır və onun məhsulları Polşa Silahlı Qüvvələri tərəfindən də istifadə olunur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...