Gürcüstan Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin nəticələrini rəsmən təsdiqləyib
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinin yekun protokolunu təsdiqləyib.
Fhnews.az xəbər verir ki, protokolu noyabrın 16-da keçirilən iclasda MSK sədri və katibi imzalayıblar.
MSK sədri Giorgi Kalandarişvili, həmçinin qalib partiyaları və Gürcüstan parlamentinin deputatı mandatını almış şəxsləri təbrik edib, onlara uğurlar arzulayıb.
G.Kalandarişvili deyib: “Yekun protokol tərtib olunub. Bununla da biz, əslində, seçki dövrünü başa vururuq. Bununla yanaşı, seçki müddətinin başa çatması ilə əlaqədar, bu gündən etibarən həm müvəqqəti, həm də yuxarı komissiyalar tərəfindən təyin edilmiş, habelə partiyanın dairə seçki komissiyaları üzvlərinin aşağı komissiyalarda səlahiyyətləri faktiki olaraq dayandırılır”.
Qeyd edək ki, iclasda iştirak edən müxalifət partiyalarının nümayəndələri yenidən səs-küy qaldırıb və iclasın işinə mane olmağa çalışıblar. “Birlik - Milli Hərəkat”ın komissiyadakı nümayəndəsi David Kirtadze MSK sədrinin üzərinə qara rəngli boya ataraq onu təhqir edib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...