Gürcüstan hökumətinin ehtiyat fondundan ayrılan yardım dini icmalar arasında bölüşdürülüb
Gürcüstan hökuməti keçmiş sovet imperiyasının ölkədəki dini qurumlara vurduğu mənəvi ziyanın qarşılanması məqsədilə dini icmalara bir milyon lari vəsait ayırıb. Gürcüstanın Dini İşlər üzrə Dövlət Agentliyi hökumətin ehtiyat fondundan ayrılan bu yardımı ölkənin dini icmaları arasında bölüşdürüb.
Fhnews.az xəbər verir ki, bu barədə ölkənin Dini İşlər üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, vəsait sovet dövründə dini icmalara dəymiş mənəvi zərərin qismən kompensasiyası üçün nəzərdə tutulub. Həmin vəsaitin 800 min larisi İslam dini icmasına çatacaq.
Qalan vəsaitin 100 min larisi Gürcüstan ermənilərinin Apostol Xristian İcması, 50 min larisi Gürcüstanın Roma Katoliklərinin Xristian İcması, 50 min larisi isə Gürcüstan Yəhudi İcması üçün nəzərdə tutulub.
Qeyd edək ki, 2024-cü ildə Gürcüstanda dini icmaların maliyyələşməsi üçün dövlət büdcəsindən 6,5 milyon lari vəsait ayrılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...