Günəşdə partlayış 2025-ci ildə daha təsirli olacaq
Yer günəş alışmasının səbəb olduğu geomaqnit günəş qasırğasından böyük ölçüdə özünə gələ bilsə də, ekspertlər daha güclü partlayışların 2025-ci ilə qədər davam edə biləcəyi barədə xəbərdarlıq ediblər. Amerika Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnozları Mərkəzi son 7 ilin ən böyük günəş partlayışının ötən həftə baş verdiyini bildirib.
Günəşdə partlayış nəticəsində yaranan geomaqnit qasırğası həm də peyklər və kosmosdakı insanlar üçün Yerdəki radio dalğalarına müdaxilə kimi potensial problemlər yaradıb.Bununla belə, mütəxəssislər Günəşin hələ də “günəş maksimumuna”, yəni 11 illik günəş dövrünün ən enerjili nöqtəsinə çatmadığını bildiriblər.Alimlər xəbərdarlıq ediblər ki, Günəş hələ maksimum gücünə çatmayıb və bir-iki il ərzində xeyli güclənərək Yerə təsir edəcək.
Bu barədə Amerika Milli Okean və Atmosfer Administrasiyasına bağlı Kosmik Hava Proqnozları Mərkəzi öz postunda məlumat yayıb. Açıqlamada sözügedən partlayışın bütün dövrlərdə qeydə alınan 17-ci ən böyük günəş partlayışı olduğu, X sinfi olaraq xarakterizə edilən güclü partlayış səbəbiylə bəzi radio ötürücülərin və buna bənzər texniki vasitələrin təsirlənə biləcəyi ifadə edilib.
Qeyd edək ki, günəş partlayışları A sinfindən X sinfinə qədər təsnif edilir və hər sinif 1-dən 9-a qədər ölçülür.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...