Günəşdə ötən gün səkkiz güclü partlayış baş verib
Alimlər iyulun 28-də Günəşdə səkkiz güclü M sinifli alışma qeydə alıblar.
Fhnews.az xəbər verir ki, bu barədə TASS Tətbiqi Geofizika İnstitutunun məlumatlarına istinadla məlumat yayıb.
Partlayışların birincisi (M7.9) Bakı vaxtı ilə saat 05:51-də, sonuncusu (M1.7) isə 18:22-də baş verib. Bu hadisələr müxtəlif günəş ləkələri qruplarında müşahidə olunub.
Alimlər Bakı vaxtı ilə saat 04:57-də X sinfinə yaxın olan ən güclü məşəl qeydə alıblar. Səkkiz dəqiqə davam edən və 3766 (S07E10) günəş ləkələri qrupunda baş verən rentgen diapazonunda M9.9 alovu aşkar edilib.
Günəş alovları rentgen şüalanma səviyyəsinə görə beş kateqoriyaya bölünür: A, B, C, M və X. Minimum sinif A0.0 Yer orbitində hər kvadrat metrə 10 nanovat olan radiasiya gücünə uyğundur. Növbəti sinfə keçərkən güc 10 dəfə artır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...