Günəş enerjisi ilə işləyən cihaz havadan litrlərlə su əldə edir
Tədqiqatçılar bir gündə havadan bir neçə litr su çıxara bilən günəş enerjisi ilə işləyən cihaz ixtira ediblər. Səudiyyə Ərəbistanının Kral Abdulla Elm və Texnologiya Universitetindən bu cihazı ixtira edən alimlərin fikrincə, bu yeni özünü təmin edən texnologiya quraq bölgələrdə yaşayan insanlar üçün həyat xətti ola bilər.
Sistem iki mərhələli dövrədə işləyir ki, əvvəlcə havada suyu uducu materialla tutur, sonra isə günəş işığından isti istifadə edərək qapalı kameraya çıxarır.
İki mərhələli sistemlər bir dövrədən digərinə keçmək üçün çox vaxt əl əməyini tələb edir, lakin yeni texnologiya müdaxiləyə ehtiyac olmadan avtomatik olaraq ikisi arasında keçid edir.
Sistem hər gün hər kvadrat metrə 2-3 litr su istehsal edə bilir ki, bu da içməli və ya kənd təsərrüfatında istifadə oluna bilər. Tədqiqatçılar bu sistemin çay və səhra ağaclarını suvarmaq üçün istifadə oluna biləcəyini deyirlər.
Passiv texnika müdaxiləsiz fasiləsiz işləmə imkanı təqdim edərkən, sınaqlar zamanı bir neçə həftə işlədilən sistem heç bir baxım tələb etməyib.İstismar xərcləri isə su uducu parça, aşağı qiymətli nəm uducu duz və plastik çərçivədən ibarət materiallar sayəsində azaldılıb.
Bu, iqlim dəyişikliyinin səbəb olduğu su qıtlığı problemlərinə görə ortaya çıxan yeni su yığımı texnologiyalarının fonunda yaşanan ən olumlu hadisədir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...