Günəş elektrik stansiyasından Ayasofya və Eyüp imarətxanasına elektrik enerjisi veriləcək
Türkiyənin Kilis bölgəsində istifadəyə verilən günəş elektrik stansiyası ilə ildə 1.400.000,00 kWh elektrik enerjisi istehsal ediləcək. İstehsal edilən elektrik enerjisi ilə Vəqflər Ümumi Müdirliyinin Ankaradakı təsisləri, Ayasofya məscidi və Eyüp imamxanasının istehlak ehtiyacları qarşılanacaq.
Hesablamalara görə, Ayasofya məscidinin illik elektrik istehlakı 320 min kilovatsaat, Vəqflər Ümumi Müdirliyinin illik elektrik istehlakı 820 min kilovatsaat, Eyüp imarətxanasının illik elektrik istehlakı isə 260 min kilovatsaat olmaqla cəmi 140000 kilovatsaat təşkil edir. İstehsal olunan elektrik enerjisi ilə bütün istehlakın ödənilməsi nəzərdə tutulur.
Vəqflər Ümumi Müdirliyinin istehsal olunan elektrik enerjisi ilə ildə 5 milyon lirə qənaət edəcəyi təxmin edilir. 25 il ərzində təxminən 125.000.000 TL-yə qənaət ediləcəyi proqnozlaşdırılır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...