22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Güclü yağışlar Mərkəzi Amerikanı vurdu

22-06-2024
IMG

Mərkəzi Amerika ölkələri El Salvador, Honduras və Qvatemalada leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələrində ən azı 30 nəfər həyatını itirib.El Salvadorda çərşənbə axşamı baş verən sürüşmə nəticəsində həyatını itirənlərin sayı 19-a yüksəlib.

Ölkədə 3 mindən çox insan sığınacaqlara yerləşdirilib. Mülki Müdafiənin rəhbəri Luis Amaya açıqlamasında bildirib ki, insanların həyatını xilas etməli,onları qorumağa diqqət etməliyik.

Qvatemalada səlahiyyətlilər leysan yağışlar səbəbindən 10 nəfərin öldüyünü, 11 min insanın təxliyə edildiyini bildirib. Səlahiyyətlilər müvəqqəti sığınacaqlarda qalanların sayının təqribən 380 nəfər olduğunu və 4 körpünün dağıldığını bildirib.

Hondurasda son 24 saatda 1 nəfər ölüb,  1200-dən çox insan təxliyə edilib. Yağışlar nəticəsində 200 evə ziyan dəyib.

Paylaş: