Güclü yağış İngiltərədə və Uelsdə daşqınlara səbəb olub
İngiltərənin və Uelsin bəzi bölgələrində güclü yağışlar daşqınlara səbəb olub.
Fhnews.az xəbər verir ki, bəzi yerlərdə gecə yarısından bəri bir aylıq yağıntı qeydə alınıb. Meteorologiya İdarəsi tərəfindən mərkəzi və cənubi İngiltərə üçün kəskin hava xəbərdarlığı edilib. Sabaha planlaşdırılan “AFC Wimbledon”-“Newcastle United” futbol matçı daşqınlar səbəbindən təxirə salınıb.
Hazırda Ətraf Mühit Agentliyi tərəfindən 12 daşqın xəbərdarlığı, həmçinin mümkün daşqınların olacağını göstərən 78 daşqın siqnalı barədə xəbərdarlıq verilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...