22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Guardian: Qütb ayılarının Arktikanın istiləşməsi səbəbindən nəsli kəsilmək təhlükəsi var

15-02-2024

Kanadanın Hudson körfəzi bölgəsində yaşayan qütb ayıları Arktikada iqlim dəyişikliyi səbəbindən nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Su hövzələrinin buzla örtülmədiyi dövrlərin uzanması səbəbindən yırtıcılar suitiləri eyni effektivliklə ovlaya bilmir.

Fhnews.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti bir qrup amerikalı alim tərəfindən hazırlanmış hesabata istinadla məlumat yayıb.

Nəşr qeyd edir ki, Arktikada temperatur dünyanın digər regionlarına nisbətən daha sürətlə artır. Bununla əlaqədar olaraq su səthləri il ərzində getdikcə daha az buzla örtülür. Bu baxımdan buz üzərində hərəkət edərkən suitiləri ovlayan qütb ayıları quruda daha çox vaxt keçirməyə məcbur olurlar.

Amerikalı alimlərin araşdırması göstərir ki, qütb ayıları yeni şəraitə uyğunlaşmağa çalışır, həmçinin qida rasionunu şaxələndirir.

Bununla belə, ayıların quruda istehlak etdikləri qida dəniz məməliləri ilə müqayisədə onlara kifayət qədər kalori vermir. Alimlər belə qənaətə gəliblər ki, qütb ayıları quruda nə qədər çox vaxt keçirsələr, onların aclıqdan ölmə riski bir o qədər yüksəkdir.

Paylaş: