22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Göygöldə fəaliyyət göstərən restoranda istehlaka yararsız qida məhsulları aşkarlanıb

25-09-2024
IMG

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göygöl rayonu, Toğanalı yolunda fəaliyyət göstərən, fiziki şəxs Cəlilov Elşən Yunis oğluna məxsus “Gold Garden” restoranında planlı yoxlama keçirib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə müəssisəsində qida məhsullarının çirklənmə riski yaradacaq şəraitdə saxlanıldığı, mal qonşuluğu qaydalarına riayət olunmadığı, həmçinin üzərində tərkibi, istehsal və son istifadə tarixləri haqqında məlumatlar qeyd edilməyən, mənşəyi məlum olmayan quş əti və süd məhsulları aşkarlanıb.

Faktla bağlı istehlaka yararsız məhsullardan istifadənin qarşısının alınması məqsədilə məhdudlaşdırıcı qərar tətbiq edilərək icrası məcburi göstərişlər verilib və sahibkar barəsində inzibati tədbir görülüb.

Paylaş: