Gezeravcının daxil olduğu heyətin Yerə qayıdacağı saat açıqlandı
Türkiyənin ilk astronavtı Alper Gezeravcının daxil olduğu “Axiom-3” (“Ax-3”) heyətinin bu gün Ankara vaxtı ilə 17:05-də (Bakı vaxtı ilə 18:05) Yerə qayıtması gözlənilir.
Fhnews.az xəbər verir ki, bu barədə “SpaceX” sosial media hesabından xəbər verib.
O da bildirilir ki, astronavtların olduğu “Dragon” kosmik gəmisinin BKS-dən ayrılması eniş zonasındakı hava şəraitindən asılıdır.
Xatırladaq ki, “Ax-3” missiyası fevralın 2-də başa çatıb. Ancaq ABŞ-nin Orlando sahillərində əlverişsiz hava şəraiti ilə əlaqədar heyətin Yerə qayıtması bir neçə dəfə təxirə salınıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...