22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Geomaqnit sahəsinin qeyri-sabit olacağı proqnozlaşdırılır

29-01-2024

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan verilən məlumata görə, hazırda Günəş ləkələrinin sayı azalıb. Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olub. 10 MeV-dən çox enerji yüklü proton seli yanvarın 22-də və 28-də yüksələrək S1 səviyyəli radiasiya qasırğası baş verib. Hazırda Günəş küləyinin sürəti normaldır (392 km/san).

Yanvarın 29-dan fevralın 4-dək C sinif alışmanın baş verməsi ehtimalı 95 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faiz təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Günəş küləyinin sürətinin mənfi qütblü tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsinin qeyri-sabit olacağı proqnozlaşdırılır.

Paylaş: