22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Gələcəkdə insultun qarşısını almaq üçün hansı tədbirləri görmək olar?
 

07-02-2024

Böyük Britaniyada kimsə hər beş dəqiqədən bir insult keçirir, amma insult keçirmənin qarşısını necə almaq olar? Son araşdırmaya görə, 2050-ci ilə qədər dünyada insultdan ölən insanların sayı 50 faiz arta bilər.

Fhnews.az Britaniyanın “The Independent” internet nəşrinə istinadla xəbər verir ki, Ümumdünya İnsult Təşkilatı-Lanset Nevrologiya Komissiyasının Strouk Əməkdaşlıq Qrupu bu barədə açıqlama yayıb.

Bildirilib ki, əhalinin artımı insultdan ölənlərin sayının 2020-ci ildə 6,6 milyondan 2050-ci ildə 9,7 milyona yüksələcəyi deməkdir. Bəzi risk faktorları dəyişməz olduğu üçün bunun qarşısını almaq hər zaman mümkün deyil. İnsult, əsasən, 60 və 70 yaşlarında olan insanlarda baş verir, hər kəs bundan genetik olaraq da təsirlənə bilər. Ancaq bu riski azaltmaq üçün yüksək qan təzyiqinə, diabet və yüksək xolesterolun qarşısını almağa müvəffəq olunmalıdır. London Ümumi Təcrübəsinin həkimi Dr.Angela Rai qeyd edir ki, insult - beyinə qan tədarükünün azalması zamanı baş verir. Beyinə qan axınının tıxanması (bu, adətən laxtalanma səbəbindən baş verir) və beyin kifayət qədər oksigen almadıqda hüceyrələr ölür. Bunu nəzərə alaraq, hər yaşda insult riskinizi azaltmaq mümkündür.

20 və 30 yaşında

Tədqiqatlar göstərir ki, əvvəllər həyat tərzində edilən vərdişlər sonrakı dövrlərdə ürək-damar sağlamlığını qorumağa yardımçı ola bilər. 20-30 yaşlarında insult nadir hallarda baş verir, ondan sonrakı yaşlarda isə yüksək qan təzyiqi və ya yüksək xolesterin riskini azaltmaq üçün sağlam həyat tərzinə sahib olmaq vacibdir. Yüksək qan təzyiqi insult üçün əsas risk faktorudur. Sağlam həyat tərzinə riayət etmək qan təzyiqini nəzarət altında saxlaya bilər və buna görə də həmin riski azaltmağa müvəffəq olar. Bununla belə, sağlam həyat tərzi vərdişlərini insanlar özü yaratmalıdır. Sağlam qidalanma yüksək qan təzyiqi, yüksək xolesterol və diabet risklərini azalda bilər. Müntəzəm idman, alkoqollu içkilərdən istifadə etməmək və siqaret çəkməmək sağlam həyat tərzinin əsas amillərindəndir.

40 və 50 yaşında

40-50 yaşlarında qan təzyiqini yoxlamaq üçün həkimə müraciət etmək daha doğru olar. Çünki yoxlanmadan bunu bilmək mümkün deyil. İnsanda yüksək qan təzyiqinin heç bir əlaməti olmaya bilər və uzun illər ərzində özünü büruzə verməz. Ancaq sonradan bunun fəsadları ortaya çıxar və beləliklə, nəticə xəstəliyin irəliləməsinə səbəb yaradar. Xolesterol səviyyələri və diabet üçün qlükoza yoxlanışı kimi qan testlərinin olması risk faktorlarını idarə etməyə yardımçı ola bilər. Sağlam çəkini saxlamaq da çox vacib bir məsələdir, çünki piylənmə ürək-damar xəstəlikləri, o cümlədən insult üçün risk faktorudur. Həyat tərzi dəyişiklikləri və lazım olduqda qan təzyiqini və ya xolesterolu azaltmaq üçün dərman qəbul etmək üçün həkimlə məsləhətləşmək lazımdır. Stressi nəzarətdə saxlamaq da əsas xüsusiyyətlərdən biridir. Xüsusən də uzun müddət işləyərkən, məsuliyyətli işlər görərkən diqqət yetiriləsi məqamlar var. Sakit qalmaq, stressiz olmaq insanın sağlamlığı üçün çox vacibdir.

60 yaş və ondan sonrakı yaşlarda

60, 70 və 80 yaşlarında əsas məsələlərdən biri də mövcud sağlamlıq problemlərinin yaxşı idarə edilməsinə əmin olmaqdır. İnsult üçün digər mühüm risk faktoru atrial fibrilasiyadır (AF). Bu, adətən 60 yaşından sonra diaqnoz qoyulan, lakin istənilən yaşda hər kəsdə yarana bilən sürətli, nizamsız bir ürək döyüntüsüdür. AF qocalmış ürək-damar sistemi və bunun zəifləməsi ilə əlaqəli risk faktorları səbəbindən baş verir. Ürəyin kameraları effektiv şəkildə pompalanmır və qan laxtalarının əmələ gəlməsi riski yaranır. Bu laxtalar ümumi qan dövranına daxil olarsa, insult riski mövcud olar. AF insult riskini təxminən beş dəfə artırır, buna görə də insanda sürətli ürək döyüntüsü, başgicəllənmə və ya sinə ağrısı kimi hər hansı simptom varsa, həkimə dərhal müraciət etməlidir.

Paylaş: