22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fukusima-1 AES-dən nümunə götürülməsi dayandırılıb

22-08-2024
IMG

Fukusima-1 AES-də ərimiş nüvə yanacağından nümunə götürülməsi işləri başladıqdan dərhal sonra dayandırılıb

Fhnews.az xəbər verir ki, bu barədə AES-in istismarı ilə məşğul olan TEPCO şirkəti məlumat yayıb. Səbəb avadanlıqla bağlı problemin ortaya çıxmasıdır.

Plana əsasən xüsusi avadanlıq su borusundan daxil olaraq radioaktiv yanacaq qalıqlarından nümunə götürməli idi. Lakin işə başlayanda avadanlığın düzgün ardıcıllıqla yığılmadığı məlum olub. Buna görə də işlər dayandırılıb. Nümunə götürmək üçün işlərin nə vaxt bərpa olunacağı məlum deyil.

Qeyd edək ki, 2011-ci il martın 11-də sunami nəticəsində Fukuşima AES-in soyutma sistemi sıradan çıxıb və 6 reaktordan 3-ü əriyib. Bu, Çernobıl qəzasından sonra ən böyük nüvə fəlakəti hesab edilir.

Paylaş: