22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fransanın dənizaşırı departamenti Mayottada vəba xəstələrinin sayı 200-ə yaxınlaşıb

22-06-2024
IMG

Fransanın dənizaşırı departamenti Mayottada vəba xəstələrinin sayı 200-ə yaxınlaşıb.

Fhnews.az xəbər verir ki, bu haqda Fransanın səhiyyə agentliyi məlumat yayıb. “Mayottada 193 vəba xəstəsi qeydə alınıb ki, onlardan 172 yerli yoluxma, 21 xəstə isə Qəmər adaları və Afrika qitəsinin digər ölkələrindən gəlib”, - deyə həftəlik epidemioloji məlumatda göstərilib.

Agentlik əlavə edib ki, 1 həftə ərzində 27 yeni xəstə qeydə alınıb. Onlardan 17-si dini bayramdan sonra Dujanidə - epidemiyanın yeni mərkəzində aşkarlanıb. Mamucu kommunasında isə 3 fəal vəba yayılması mərkəzi var.

Epidemiya başlayandan təxminən 320 min əhalisi olan arxipelaqda 3 yaşlı qız da daxil olmaqla 2 ölüm qeydə alınıb.

Mamucu kommunasında vəba xəstəliyinin icma daxili yoluxması və vəziyyətin nəzarət altında olmadığı Qəmər adaları və Afrika qitəsinin digər ölkələrindən yeni risklərin idxalı Mayottanın uzunmüddətli yerli yoluxmalar təhlükəsində olması ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, içməli su və kanalizasiyalara çıxışın qənaətbəxş olmadığı məhəllələrdə yoluxma riski daha yüksəkdir.

Qonşu Qəmər arxipelaqının dörd aydır vəba epidemiyasından əziyyət çəkdiyi vurğulanıb. Belə ki, səhiyyə orqanlarının açıqlamasına görə 116-sı Anjuda olmaqla 134 ölüm hadisəsi, ləcə də 8 734 yoluxma qeydə alınıb.

Xatırladaq ki, Fransa Mayotta ərazisində vəba epidemiyasının qarşısını almadığına, əsasən içməli suya çıxış üçün lazımi tədbirlər görmədiyinə görə tənqid obyektinə çevrilib. Paster İnstitutu bildirib ki, vəba çirklənmiş suyun və ya qidanın ağızla qəbulu nəticəsində yaranır. İnkubasiya - bir neçə saatdan bir neçə günə qədər - qızdırma olmadan şiddətli ishal və qusma ilə müşayiət olunur. Müalicə olmadıqda, ağır təzahürlərində vəba ən sürətli ölümcül yoluxucu xəstəliklərdən biridir.

Paylaş: