22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fransanın baş naziri Elizabet Borne istefa verib

08-01-2024

Yelisey Sarayından verilən açıqlamada bildirilir ki, Bornenin istefasını prezident Emmanuel Makron qəbul edib. 

Makron X sosial media hesabında Baş nazir Bornenin istefası ilə bağlı etdiyi paylaşımda ona göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Bornenin fransız millətinə xidmət göstərməsinin nümunəvi olduğunu qeyd edən Makron "Dövlət adamlarının cəsarəti, məsuliyyəti və qətiyyəti ilə layihəmizi həyata keçirdiniz. Sizə bütün qəlbimlə təşəkkür edirəm"-deyə paylaşım edib.

Paylaş: