Fransada Ukrayna ilə təhlükəsizlik sazişi imzalanıb
Fransa Milli Assambleyası Ukrayna ilə təhlükəsizlik sahəsində imzalanan əməkdaşlıq sazişini təsdiqləyib.
Milli Məclisin Baş Assambleyasında Ukraynadakı vəziyyət müzakirə olunarkən, fevralın 16-da Ukrayna ilə təhlükəsizlik sahəsində imzalanmış əməkdaşlıq müqaviləsi səsverməyə çıxarılıb.
Müqavilə 372 “Bəli” səsinə qarşı 99 “Xeyr” səsi ilə qəbul edilib.
Səsvermədən əvvəl idarə heyəti qarşısında çıxış edən Baş nazir Qabriel Attal “Bizim üçün Ukraynaya arxa çevirmək öz dəyərlərimizə arxa çevirmək deməkdir”-deyib. Attal Ukraynaya lazım olduğu qədər yardım edəcəklərini, Fransanın Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukraynaya 2,6 milyard avro dəyərində hərbi texnika göndərdiyini bildirib.
Rusiyanın təkcə Ukrayna üçün deyil, Avropa və Fransa üçün də təhlükə yaratdığını iddia edən Attal, Rusiyanın fransızların dəyərlərinə və həyat tərzinə hücum etdiyini şərh edib.
Ukraynanın bu müharibədə müvəffəqiyyət qazanmasının fransızların xeyrinə olacağını vurğulayan Attal "Ukraynadan imtina etməyəcəyik və prinsipcə heç bir variantı istisna etmirik"-deyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...