22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fransada tikilməkdə olan körpü çöküb, ölən və yaralananlar var

05-03-2024

Fransanın cənubunda metro xətti üzərində tikilməkdə olan körpünün çökməsi nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Fhnews.az BNN breaking saytına istinadla xəbər verir ki, çökən körpü Fransanın dördüncü böyük şəhəri olan Tuluzanın mərkəzindən təxminən 14 kilometr məsafədəki Labej rayonunda yerləşir. Tikinti işlərini aparan şirkətinin rəhbəri hadisənin səbəbinin hələlik məlum olmadığını bildirib.

Zərər çəkənlərin sayının dəqiqləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş: