22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fransada şərab istehsalının azalması proqnozlaşdırılır

19-09-2024
IMG

Fransada üzüm yığımı aşağı səviyyədədir.

Fhnews.az “L’expresse” saytına istinadla xəbər verir ki, buna səbəb yaz mövsümünün yağışlı keçməsi və soyuq havaya görə meynələrin gec çiçəkləməsidir. Eyni vəziyyət meyvə yetişən zaman da müşahidə edilib. Havaların yağıntılı və sərin keçməsi bitkilərin xəstəliklərlə sirayətlənməsi ilə nəticələnib.

Ən pis vəziyyət Yura departamentindədir ki, burada məhsuldarlıq illik əsasda 71 faiz aşağı düşüb. Xüsusi növ üzümləri ilə məşhur olan Şarant departamentində əkin sahələri yarıbayarı artırılsa da, məhsuldarlıq 35 faiz geriləyib. Məşhur Şampan regionunda azalma 18 faiz olacağı gözlənilir.

Bu il Fransada şərab məhsullarının istehsalının 2023-cü illə müqayisədə 18 faiz aşağı olacağı gözlənilir. Əgər apreldə 43 milyon dekalitr şərab istehsalı planlaşdırılırdısa, indi göstərici 39 milyon dekalitrə endirilib.

Paylaş: