Fransada leysan: Arıçılar narazıdır
Fransada arıçılar havadan şikayət edirlər: Leysan yağışları və sərin yay arı koloniyaları və onların yaşayış yerlərinə təhlükə yaradıb. Bu barədə Fhnews.az xarici mediaya istinadla xəbər verir.
Ölkənin cənub-qərbində iyun “bal axını” ayı hesab olunur, lakin yalnız müəyyən pətəklər nektar toplayan arılarla doludur. Ekspertlər bildirirlər ki, iqlim dəyişikliyi, pestisidlərdən istifadə və yaşayış mühitinin itirilməsi ilə əlaqəli problemlər həll edilməsə, insan həyatı üçün böyük əhəmiyyət kəsb edən bu həşəratlar yox olacaq.
Davamlı leysanlar Fransanın qərbində də təbii fəlakətə səbəb olub. Udon çayında suyun səviyyəsi üç metrdən çox qalxıb. Turistlər arasında populyar olan Kraon şəhərində daşqın nəticəsində uşaq bağçası və fərdi kotteclər də daxil olmaqla, 300-dən çox binanı su basıb. Səlahiyyətlilər baş verənləri “görünməmiş” hadisə adlandırıb, regionda qırmızı təhlükə səviyyəsi elan olunub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...