22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fransada incəsənət nümayəndələrinin həmkarlar ittifaqları Olimpiya Oyunlarının açılışı günü tətil etməyi planlaşdırır

22-07-2024
IMG

İncəsənət nümayəndələrini təmsil edən SFA-CGT həmkarlar ittifaqlarının “Paris-2024” Olimpiya Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri ilə görüşündə tərəflər razılığa gələ bilməyiblər. Həmkarlar ittifaqları yeni görüşün mümkün olduğunu bildiriblər.

Fhnews.az xəbər verir ki, SFA-CGT “Paris-2024”lə bağlı uğursuz görüşdən sonra Olimpiya Oyunlarının açılış mərasimi günü – iyulun 26-da tətil etməyi planlaşdırır.

“Biz bu görüşdən sonra heç bir irəliləyiş müşahidə etməmişik, müzakirələr bitməyib, ancaq heç bir irəliləyiş də yoxdur”, - deyə həmkarlar ittifaqının nümayəndəsi bildirib. O əlavə edib ki, müzakirələr üçün qapıların açıq olsa da, yeni görüş üçün tarix müəyyənləşməyib.

Həmkarlar ittifaqları açılış mərasimlərinin icraçı rejissoru “Paname 24”ə incəsənət və mədəniyyət şirkətləri ilə müqavilələrinin uyğunsuzluğu ilə bağlı xəbərdarlıq edib, bəzi incəsənət nümayəndələri ilə müqavilələrin düzgün olmadığından şikayətləniblər.

Paylaş: