Fransada Eyfel qülləsinin statusu ilə bağlı fikir ayrılığı
Fransanın mədəniyyət naziri Raşida Dati paytaxt Parisin mühüm simvollarından biri olan Eyfel qülləsinin statusunun dəyişdirilərək tarixi abidə kimi qeydə alınmasını istəsə də, Paris meri Ann Hidalqo bu tələbə qarşı çıxır. Fransanın mədəniyyət naziri Raşida Dati Fransanın “Le Parisien” qəzetinə açıqlamasında Fransanın digər iri şəhərləri ilə müqayisədə Parisdə qeydiyyatdan keçmiş və qeydə alınmış tarixi abidələrin sayının az olmasından narazılığını bildirib.
Eyfel qülləsinin tarixi abidə olduğunu, lakin qeydiyyata alınmadığını vurğulayan Dati qüllənin ancaq qeydiyyatdan keçdiyi təqdirdə həqiqi qorunmaq mümkün olduğunu deyib.
Dati Paris meri Anne Hidalqonun qüllənin "tarixi abidə" olaraq qeydiyyata alınmasına qarşı çıxmasını anlamaqda çətinlik çəkdiyini ifadə edərək deyib ki, onun bu vəziyyəti şəxsi məsələyə çevirməsindən narahat olmaq lazımdır.
Mədəniyyət naziri Dati bildirib ki, Hidalqo bu tələbi yerinə yetirməsə, Eyfel qülləsinin rəsmi olaraq tarixi abidə kimi qeydiyyata alınmasına qərar verəcək.
Fransız mətbuatında yer alan xəbərlərə görə, Hidalqo Eyfel qülləsini onsuz da çox yaxşı qoruduğunu bildirir.Eyfel qülləsi ilə bağlı verilən qərarlar zaman-zaman Dati ilə Hidalqo arasında fikir ayrılığına səbəb olur.
Qeyd edək ki, Parisin 7-ci rayonunda yerləşən Eyfel qülləsinin tikintisi 2 il çəkib və 1889-cu ildə tamamlanıb.Qüllə 1889-cu ildə Fransa İnqilabının 100 illiyi münasibətilə keçirilən Paris Ümumdünya Sərgisi üçün tikilib.
1964-cü ildə Fransada tarixi abidələr siyahısına salınan Eyfel qülləsi 1991-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Siyahısına daxil edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...