Fransada dəmir yolları nəzarətçiləri tətil çağırışı edib
Fransada dəmir yolları nəzarətçiləri fevralın 16-da tətil edəcəklərini bildiriblər.
Fhnews.az xəbər verir ki, SUD-Rail və CGT kimi həmkarlar ittifaqları nəzarətçilərin tətil çağırışını dəstəkləməklə bağlı qərar qəbul ediblər. Rəhbərliklə son danışıqların heç bir nəticə vermədiyini deyən nəzarətçilər digər tələblərlə bərabər maaşlarının artırılmasını və pensiyalarının yenidən nəzərdən keçirilməsini tələb edirlər.
Fransa Milli Dəmir Yolları Şirkətinin baş direktoru Jan-Pyer Farandu tətilçilərin tələblərinə “hə” cavabı verməyin çətin olduğunu bildirib. Bu cavab nəzarətçiləri ölkədə, xüsusilə də Paris bölgəsində məktəb tətilləri zamanı tətil çağırışını davam etdirməyə vadar edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...