Fransada AES-də yanğın: Reaktorların fəaliyyəti dayandırılıb
Fransanın qərbində yerləşən “Şinon” Atom Elektrik Stansiyasında (AES) iki reaktor yanğın səbəbindən işini dayandırıb.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Nüvə Təhlükəsizliyi İdarəsi məlumat verib.
“Yanğın nəticəsində üç nömrəli reaktorun əsas xarici enerji təchizatın kəsilməsi reaktorun avtomatik dayanmasına səbəb oldu”, - rəsmi məlumatda bildirilir.
Yanğının söndürülməsindən sonra istifadə olunan suyun toplanması üçün qonşu, dördüncü reaktorun da müvəqqəti söndürüldüyü bildirilir.
Bildirilir ki, bu, onun daşmasının və suyun ətrafa yayılmasının qarşısını almaq üçün edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...