22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fransada 1300 illik əfsanəvi qılınc necə yoxa çıxıb?

04-07-2024
IMG

Fransanın orta əsrlər əfsanələrinin məşhur cəngavərlərindən olan Rolandın qayaya ilişib qalmış 1300 illik qılıncının sirli çözülür. 

Fransa mətbuatında yer alan xəbərlərə görə, polis 8-ci əsrin əfsanəvi cəngavəri Rolanda aid olduğu düşünülən və məşhur Rokamadur məbədində bir təpədə tapılan "Durandal" adlı qılıncın necə oğurlanmış ola biləcəyini araşdırdıqlarını bildirib.

Rocamadour Bələdiyyə Başçısı Dominik Lenfant qılınc itdikdən sonra verdiyi açıqlamada bildirib ki,Roma İmperatoru Böyük Karl tərəfindən mələklərdən alınaraq ən yaxşı əsgərinə verildiyi və 22 iyunda yoxa çıxdığı güman edilən əfsanəvi qılınc təxminən 1300 ildir 10 metr hündürlükdə, əlçatmaz bir təpədə qayaya ilişib qalmışdı. 

Qeyd edək ki, Fransanın cənubundakı Lot bölgəsində yerləşən Rocamadour məbədi turistlərin ziyarət etdiyi məşhur yerdir.

Paylaş: