22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fransa Olimpiadaya hazırmı?

15-01-2024

Fransada aparılan sorğuya görə, fransızların yarıdan çoxu ölkələrinin yaxın aylarda ev sahibliyi edəcəyi 2024-cü il Paris Olimpiadasına hazır olmadığını düşünür. 

Paris Bələdiyyə Başçısı Anne Hidalqo, təxminən iki ay əvvəl verdiyi açıqlamada parislilərin hazırda gündəlik nəqliyyatı təmin etməkdə çətinlik çəkdiklərini ifadə edərək, olimpiadaların keçiriləcəyi yarış bölgələrinə ictimai nəqliyyatla tam giriş üçün aparılan işlərin həyata keçirilməyəcəyini açıqlayıb. 

Hidalqonun bu sözləri hökumət tərəfindən ciddi reaksiyalara səbəb olub. 

Fransada qarşıdan gələn Paris Olimpiadası öncəsi müştəri axını gözləyən otelçilər evsizlərə sığınacaq vermək istəmir. Mənzil problemini həll etmək istəyən hökumət əksər bölgələrdə qubernatorlardan evsizlər üçün “müvəqqəti qəbul mərkəzləri” yaratmağı xahiş etsə də, yerli yardım birlikləri evsizlər üçün ayrılan yerlərin Paris Olimpiadasında çalışacaq kadrlar üçün ayrıldığını bildirib.

Digər tərəfdən, olimpiadada çalışacaq kadrların yerləşdirilməsi üçün iyun ayında tələbə yataqxanalarının boşaldıldığı da məlumdur. Universitet tələbələrinə aşağı kirayə müqabilində yerləşdirmə təklif edən CROUS yataqxanalarında qalan 2 mindən çox tələbənin bu qərardan təsirlənəcəyi bildirilir. Müxalifət evsizlik probleminin effektiv həllini təmin edə bilmədiyi üçün hökumətin Olimpiadadan əvvəl tələbə yataqxanalarını boşaltmaq cəhdini tənqid edib.

Paylaş: