22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fransa Olimpiada üçün nəzərdə tutulan büdcəni aşıb

15-08-2024
IMG

Fransa Olimpiya Oyunları üçün nəzərdə tutulan 6,2 milyard avroluq büdcəni üstələyib və 11 milyard avro xərcləyib ki, bunun da 4,6 milyard avrosu dövlət resursları hesabına olub. İyulun 24-də Fransanın paytaxtı Parisdə başlayan Olimpiya Oyunları avqustun 11-də başa çatdıqdan sonra ölkədə normal həyata dönüş başlayıb. Olimpiya Oyunları ölkədə onsuz da mövcud olan sağlamlıq böhranını və maliyyə çətinliklərini dərinləşdirib. 

Müstəqil mənbələr tərəfindən Sena çayında aparılan su analizləri suyun keyfiyyətinin üzmək üçün uyğun olmadığını və insan sağlamlığına təsir edəcək səviyyədə olduğunu göstərib. 1,4 milyard avro büdcə ilə təmizlənən Sena çayında çirklənmə xüsusilə güclü yağışlar səbəbindən artaraq təlimlərin təxirə salınmasına səbəb olub.

Sena çayında üzgüçülük yarışlarına qatılan belçikalı idmançı Kler Mişel yarışlardan sonra xəstələndiyini və digər yarışlarda iştirak edə bilməyəcəyini açıqlayıb. İrlandiyalı idmançı Daniel Viffen isə üzgüçülük yarışlarından 2 gün sonra təcili olaraq xəstəxanaya yerləşdirilib və müalicə olunub.

Olimpiya Oyunlarının açılışı zamanı keçirilən nümayişlər bir çox qalmaqallara səbəb olub. Açılış mərasimindəki çıxışlar böyük reaksiyalara səbəb olub. LGBT mövzularını vurğulayan nümayişlər bir çoxları tərəfindən dini dəyərlərin təhqiri kimi qiymətləndirilib.

Fransanın idmançıların hicab taxmasını qadağan etməsi dini azadlıqlarla bağlı böyük reaksiyaya səbəb olub. Bu qərar idmanda ayrı-seçkilik və təcrid nümunəsi kimi bir çox dairələr tərəfindən tənqid edilib. İdman və birliyin ümumbəşəri dəyərlərini qeyd etmək üçün keçirilən Olimpiadada bəzi təcrübələr təşkilatın əsas ideyalarının yoxa çıxması fikrini yaradıb.

Olimpiada öncəsi Parisdə görülən hazırlıqlar da şəhərin görünməyən simasını gizlətmək səyini ortaya qoyub. Evsiz və yoxsul insanların cəmləşdiyi ərazilərdə aparılan sosial təmizləmə əməliyyatları hüquq müdafiəçiləri tərəfindən sərt şəkildə pislənilib. Fransızlar hökumətin Olimpiya Oyunlarına xərclədiyi pullara reaksiya verib və bu pulların səhiyyə sisteminə yatırılmasının önəmini bildiriblər. Fransada ölkə daxilində bir çox təcili yardım xidməti həm tibb işçilərinin olmaması, həm də həddindən artıq sıxlıq səbəbindən qapılarını müvəqqəti bağlamalı olub.

Paylaş: