Fransa anomal isti dalğası ilə üzləşib
Fransa həddən artıq istilərin hökm sürdüyü dövrlə üzləşib. Meteoroloqlar bu gün temperaturun kölgədə 40 dərəcəyə çatacağını və bir neçə gün davam edəcəyini proqnozlaşdırırlar.
Fhnews.az xəbər verir ki, anomal istilər səbəbindən Fransanın 96 departamentdən 39-da narıncı həyəcan səviyyəsi elan edilib. Hakimiyyət orqanları ölkənin cənubunda yerləşən ən azı 10 departamentdə əhalini ehtiyatlı olmağa, zərurət yaranmadığı təqdirdə evdən çıxmamağa, çox su içməyə və yaşlı insanların səhhətini nəzarətdə saxlamağa çağırıb.
Meteorologiya xidmətlərinin məlumatına görə, isti hava kütlələri həftənin əvvəlindən başlayaraq ölkənin şimal bölgələrinə də yayılacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...