22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fövqəladə Hallar Nazirliyinin qurumlarında 18 oktyabr - Müstəqilliyin Bərpası Günü qeyd edilib

18-10-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında və regional mərkəzlərində 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbirlər keçirilib.

Tədbirlərdən əvvəl Nazirliyin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan toplantılarda Ümummilli Liderin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edənlər 1991-ci ilin oktyabrın 18-də Azərbaycan Ali Soveti tərəfindən “Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsinin tarixi hadisə olduğunu vurğulayıblar. Bildirilib ki, 70 illik əsarətdən sonra müstəqillik əldə olunsa da dövrün təcrübəsiz və siyasi səbatsız rəhbərliklərinin səriştəsiz idarəçiliyi nəticəsində dövlətin tamamilə siyasi səhnədən silinməsi, vətəndaş qarşıdurması təhlükəsi yaranmışdı. Məhz dünya şöhrətli siyasətçi Heydər Əliyev xalqın təkidi və tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycan dövləti və xalqı böyük fəlakətlərdən xilas oldu. Azərbaycan xalqının xilaskarı və dövlətimizin memarı olan Ulu Öndərin siyasi qətiyyəti, dəmir iradəsi və misilsiz idarəçilik bacarığı nəticəsində ölkəmiz məhv olmaq təhlükəsindən qurtuldu, tərəqqi və çiçəklənmə yoluna qədəm qoydu.

Tədbirlərdə Ümummilli Liderin Azərbaycan Respublikasını beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrilməsi, böhrandan davamlı inkişaf yoluna çıxarılması istiqamətində titanik fəaliyyətindən, xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edilib.

Qeyd olunub ki, Dahi Rəhbər Heydər Əliyevin mütərəqqi siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş genişmiqyaslı islahatlar nəticəsində dövlətimiz qüdrətlənərək regionun lider dövlətinə çevrilib, iqtisadiyyatımız sürətli inkişaf mərhələsinə qədəm qoyub və nəhayət, torpaqlarımız düşmən tapdağından azad edilib, suverenliyimiz tam bərpa olunub.

Tədbirlərdə Ümummilli Liderin dövlət müstəqilliyimizin bərpasındakı misilsiz xidmətlərindən bəhs edən film nümayiş olunub.

Paylaş: