22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib
 

13-01-2024

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

 
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Sabunçu rayonu 74 və Nəsimi rayonu 5 saylı tam orta məktəblərində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 33 saylı tam orta məktəbdə, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə və Siyəzən şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında, Aran Regional Mərkəzi tərəfindən Naftalan şəhər Qaşaltı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə şəhər 8 saylı və Ağdam rayon Çəmənli kənd tam orta məktəblərində, Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər M.Bağırov adına 1 saylı tam orta məktəbdə maarifləndirmə tədbirləri keçirilib. 
 
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
 
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
 
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
 
Paylaş: