22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

24-08-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhəri Qaradağ rayonu 6 nömrəli Somatik Uşaq Sanatoriyasında və Sabunçu rayonu Kürdəxanı Sağlamlıq Mərkəzində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 34 nömrəli körpələr evi-uşaq bağçasında və Abşeron rayonunun ərazisində yerləşən park və istirahət mərkəzlərində istirahət edən vətəndaşlar arasında, Gəncə Regional Mərkəzi tərəfindən Daşkəsən və Şəmkir Dövlət Aqrar İnkişaf mərkəzlərində, “Göygöl Şərab Zavodu” ASC-də, Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər və Dəmiryol xəstəxanalarında, Cənub Regional Mərkəzi tərəfindən Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən N saylı hərbi hissəsində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ Arxeoloji Mərkəzində, Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun və Qəbələ rayon Çuxur Qəbələ kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Aran Regional Mərkəzi tərəfindən “Aztelekom” MMC-nin Mərkəzi Aran Regional Filialının Mingəçevir şöbəsində, “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsində, Muğan Regional Mərkəzi tərəfindən Hacıqabul magistral qaz kəmərləri sahəsində və Şimal Regional Mərkəzi tərəfindən Şabran şəhəri 1 saylı körpələr-evi uşaq bağçasında maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Paylaş: