22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

16-03-2024

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 30 nömrəli tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Quba şəhər 5 nömrəli tam orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən işləməyən əhali üçün Göygöl rayonu Dozular kəndində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi şəhər 4 nömrəli tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Mingəçevir şəhər 8 nömrəli tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Oğuz rayonu Şirvanlı və Tayıflı kənd tam orta məktəblərində, Cənub Regional Mərkəzi tərəfindən Masallı rayon Nadir Aslanov adına Miyankü kənd tam orta məktəbində və Muğan Regional Mərkəzi tərəfindən Sabirabad rayon Osman Mirzəyev adına Qaratəpə kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Paylaş: