22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

19-10-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhəri, Xətai rayon 27, Nəsimi rayon Rövşən Nəsirov adına 111, Sabunçu rayon 28 nömrəli orta məktəblərində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzində, Gəncə Regional Mərkəzi tərəfindən Samux rayonu, M.F.Axundov adına Alıuşağı kənd, Göygöl şəhər S.Vurğun adına 3 nömrəli, Ağstafa rayonu, Ə.Həmidoğlu adına Aşağı Göycəli kənd tam orta məktəblərində, Gəncə şəhərində yerləşən “Kəpəz Tədris Mərkəzi” və Ağstafa rayonunda yerləşən “27 nömrəli yol istismar idarəsi” MMC-lərdə, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qobustan şəhər E.Vəliyev adına 2 nömrəli, Qax rayonu, N.Hüseynov adına Lələli kənd və Ə.Cabbaroğlu adına Zəyəm kənd tam orta məktəblərində, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə rayonu, Kətəlparaq kənd, Ağdam rayonu, Eyvazlı kənd tam orta məktəblərində, Muğan Regional Mərkəzi tərəfindən Salyan rayonu, Qardili kənd tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Göyçay şəhər 7 nömrəli, Yevlax rayonu, Xaldan kənd kompleks tam orta məktəblərində və Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Sığırlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Cənub Regional Mərkəzi tərəfindən Cəlilabad rayonu, Privolnoye kənd E.Hüseynov adına 1 nömrəli, Şimal Regional Mərkəzi tərəfindən isə Quba şəhər 4 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Paylaş: