22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

13-07-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayon Xırdalan şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında, Gəncə Regional Mərkəzi tərəfindən Göygöl Milli Parkında, Samux Rayon Polis Şöbəsində, Qarayeri qəsəbə sakinləri ilə və “Azərişıq” ASC-nin Qərb Regional İdarəsindəŞimal-qərb Regional Mərkəzi tərəfindən Oğuz rayon Statistika İdarəsində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Xudat şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Aran Regional Mərkəzi tərəfindən Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzində və Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi Suvarma Sistemləri İdarəsində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Paylaş: