Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Mərkəzi Klinik Xəstəxanada, Bakı Reabilitasiya Mərkəzində və 8 saylı uşaq poliklinikasında, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhəri ərazisində yerləşən çimərliklərdə, Şimal-qərb Regional Mərkəzi tərəfindən “Azərişıq” ASC-nin Şimal-qərb Regional Enerji Təchizatı və Satış İdarəsində, Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində yerləşən Nohurgöl yaxınlığında fəaliyyət göstərən iaşə obyektlərində və “Savalan Aspi-Winery” üzüm emalı zavodunda, Şimal Regional Mərkəzi tərəfindən Quba rayon İcra Hakimiyyəti başçısının 1-ci Nügədi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində, Gəncə Regional Mərkəzi tərəfindən 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzində və Gəncə Kardioloji Xəstəxanasında, Aran Regional Mərkəzi tərəfindən Yevlax rayon Gigiyena və Epidemiologiya Mərkəzində, Muğan Regional Mərkəzi tərəfindən Neftçala rayon Suvarma Sistemləri idarəsində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...