22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fövqəladə Hallar Nazirliyi tərəfindən maarifləndirmə tədbiri keçirilib (video, foto)

14-03-2024

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə müəllim və şagirdlərin maarifləndirilməsi məqsədilə növbəti tədbir keçirilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhəri, Xətai rayonu 63 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.

Tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə müvafiq biliklərin verilməsi olub.

Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb.

Paylaş: