Fövqəladə hallar könüllülərinin növbəti təlim düşərgəsi fəaliyyətə başlayıb (video, foto)
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə Şamaxı şəhərində fövqəladə hallar könüllülərinin növbəti təlim düşərgəsi fəaliyyətə başlayıb.
Düşərgənin açılış mərasimində FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin rəisi polkovnik-leytenant Kənan Aşurov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının layihələr üzrə meneceri Ayxan Allahverdiyev, FHN-in məsul vəzifəli əməkdaşları və fövqəladə hallar könüllüləri iştirak ediblər.
Əvvəlcə, tədbir işirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra Şamaxı Olimpiya Mərkəzində təşkil olunmuş düşərgənin açılış mərasimində Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edən Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin rəisi polkovnik-leytenant Kənan Aşurov Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə gənclərə göstərdiyi diqqət və qayğının əhəmiyyətindən bəhs edib, vətənpərvər və yüksək intellektli gəncliyin yetişdirilməsi istiqamətində gördüyü misilsiz işlərdən söz açıb. O, həmçinin bildirib ki, Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən mütərəqqi və genişmiqyaslı islahatlar nəticəsində ölkəmizdə yüksək mənəvi keyfiyyətlərə malik sağlam gənclik formalaşıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə könüllülük hərəkatının təşəkkül tapması və inkişafı sahəsində gördüyü əvəzsiz işlər böyük əhəmiyyətə malikdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov diqqətə çatdırıb ki, dörd gün davam edəcək düşərgədə könüllülük fəaliyyətinə dair məlumatlar veriləcək, eyni zamanda könüllülər fövqəladə hallar zamanı tətbiq edilən bir sıra avadanlıqlarla yaxından tanış olaraq istifadə qaydalarını mənimsəmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, dörd gün fəaliyyət göstərəcək düşərgədə könüllülərə fövqəladə hallar zamanı davranış qaydaları, psixoloji hazırlıq, komanda işi, böhran vəziyyətlərində fəaliyyət və digər müvafiq mövzularda təlimlər keçiriləcək.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...