22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fövqəladə hallar könüllüləri informasiya texnologiyaları sahəsində təlimlərə cəlb olunub

02-07-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsi tərəfindən fövqəladə hallar könüllülərinə informasiya texnologiyaları üzrə biliklərin və rəqəmsal bacarıqların artırılması, onların bu sahədə maarifləndirilməsi, yaradıcı ideya və innovativ təşəbbüslərinin dəstəklənməsi, o cümlədən asudə vaxtlarının səmərəli təşkili məqsədilə informasiya texnologiyaları sahəsi üzrə təlimlər təşkil olunub.

Baş idarənin mütəxəssisləri tərəfindən keçirilən təlimlər “IT Texnologiyalar”, “Layihələrin vizual elementlərinin dizaynı və istifadəçi təcrübəsi (Uİ/UX)”, “Proqramlaşdırma”, “Elektron Xidmətlər Portalı”, “İnformasiya Texnologiyaları sahəsində layihələrin idarə edilməsi”, “Şəbəkə avadanlıqları, həmçinin serverlərin saxlanılması və mərkəzdən idarə edilməsi”“Simsiz şəbəkələrə yönəlik nüfuzetmə testləri”, “Kompüter və istifadəçilərin mərkəzləşmiş idarəetmə sistemi (Active Directory)”, “Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin quruluşu” və “Biometrik sistemlər və onların təhlükəsizliyi” mövzularını əhatə edib.

Təlimlər zamanı qeyd olunan sahələr üzrə birgə müzakirələr aparılıb, könüllüləri maraqlandıran suallar cavablandırılıb.

Paylaş: