Floridada təyyarə treyler parkına çırpılıb, ölənlər var
ABŞ-nin Florida ştatının Kliruoter şəhərində “Beechcraft Bonanza V35” yüngül təyyarəsi treyler parkına çırpılıb. Yerli yanğınsöndürmə xidmətinin rəisi Skott Elers həm təyyarədə, həm də mobil evdə bir neçə nəfərin öldüyünü bildirib. O, ölənlərin dəqiq sayını açıqlamayıb.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, Elersinin sözlərinə görə, təyyarə parkdakı evlərdən birinin üzərinə düşüb. Qəza nəticəsində yanğın daha dörd qoşquya yayılıb. Yanğınsöndürmə rəisi qeyd edib ki, üç qoşquda olanlar çölə çıxa biliblər və xəsarət alan olmayıb.
“Biz bayırda bütün mənzili silkələyən partlayış eşitdik və hər tərəfi tüstü bürüdü”, - deyə hadisənin şahidlərindən biri bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...