22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Floridada qasırğada 4 nəfər ölüb, şəhərləri su basıb

10-10-2024
IMG

ABŞ-nın Florida ştatında görünən “Milton” qasırğası Floridanın böyük bir hissəsini su altında qoyub, ən azı 4 nəfərin ölümünə səbəb olan tufan gücünü itirərək 3-cü kateqoriya olaraq quruya çatıb.

“Daily Mail”də yer alan xəbərlərə görə, şəhərlər su altında qalıb, timsah istilası yaşanıb,amma rəsmilər daha pis xəbərlərə hazırlıqlı olmağa dair  xəbərdarlıq ediblər. 117 tornado xəbərdarlığının verildiyi Floridada sığınacaqlarından çıxan insanlar şəhərlərin xarabalığa çevrildiyini, binaların damlarının uçduğunu, stadionların dağıldığını deyərək timsahların küçələrdə dolaşdığını gördüklərini deyiblər. 

Ştat daxilində 80 mindən çox insanın gecəni sığınacaqlarda keçirdiyini ifadə edən Florida qubernatoru DeSantis 42 əməliyyatda ən az 48 adamın xilas edildiyini ifadə edib. DeSantis yaxın günlərdə baş verə biləcək daşqınlar barədə də xəbərdarlıq edib.

Qasırğanın su şəbəkəsinə ziyan vurması səbəbindən içməli suyun verilməsi müvəqqəti dayandırılıb.

Paylaş: