Floridada “Milton” qasırğası nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb
ABŞ-ın Florida ştatına daxil olan “Milton” qasırğası nəticəsində ölənlərin sayı 13 nəfər çatıb.
Fhnews.az xəbər verir ki, rəsmilər ölüm sayının artacağını ehtimal edirlər. 3 milyondan çox əhalinin içməli suyu, elektrik enerjisi kəsilib. Ölkədə 2200-dən çox uçuş təxirə salınıb, 6 hava limanı fəaliyyətini dayandırıb. Küləyin sürəti saatda 205 kilometr olub.
Milli Qasırğa Mərkəzinin məlumatına əsasən, bu il Floridada hökm sürən sayca 3-cü qasırğa olan “Milton” 3-cü kateqoriyadan 1-ə qədər zəifləyib və dənizə tərəf hərəkətdədir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...