Floridada güclü qasırğa ərəfəsində 415 min ev işıqsız qalıb
ABŞ-ın Florida ştatında “Helen” qasırğasının təsirini gözləyən 415 mindən çox ev təsərrüfatı işıqsız qalıb.
Fhnews.az xəbər verir ki, “PowerOutage.us” monitorinq portalının məlumatına görə, dördüncü kateqoriyaya qədər güclənən qasırğa yaxın saatlarda ştatın materik hissəsini vuracaq. Lakin Floridada bir sıra ərazilər güclü küləklə müşayiət olunan yağışlar səbəbindən artıq su altında qalıb.
Portalın məlumatına görə, Şimali Karolina və Corciya ştatlarında da 30 minə yaxın istehlakçı işıqsız qalıb.
Hazırda qasırğa Floridanın cənub paytaxtından 190 kilometr məsafədədır. Küləyin sürəti saatda 215 kilometrə çatır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...