22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fırtına və leysan Türkiyənin bir çox bölgələrində həyatı iflic edib

16-11-2024
IMG

Fırtına və güclü yağış Türkiyənin qərb bölgələrinə ciddi təsir edib. İzmir, Muğla və Dənizlidə leysan həyatı iflic edib. İzmirin Çeşmə rayonunda səhər saatlarından etibarən təsirli olan leysan günorta saatlarında intensivliyini artırıb. Yollarda gölməçələrin əmələ gəldiyi Musalla rayonunda təbii qaz işləri ilə əlaqədar qazılan ərazilər su altında qalıb.

Yağan leysandan sonra Alaçatı bazarında və Çeşmə limanının sərnişin darvazasının qarşısında dərin gölməçələrin əmələ gəldiyi görülüb.Tarixi Kemeraltı bazarında küçə və prospektləri su basıb.Küçədə toplanan yağış səbəbindən avtomobillər su altında qalıb.

Muğlanın Bodrum rayonunda yağan güclü leysan səbəbindən küçələr göllərə çevrilib və sürücülər nəqliyyatın hərəkətində çətinlik çəkib.

Son illərin ən quraq payız mövsümünü keçirən Dənizlidə aylardır gözlənilən yağış bu gün səhər saatlarında başlayıb. 

Mərmərə dənizində 3 gündür təsirli olan şimal küləyi Tekirdağda dəniz nəqliyyatında ləngimələrə səbəb olub.Sürəti bəzən saatda 40 kilometrə çatan şimal küləyi səbəbindən yerli və xarici bayraqlı 9 yük gəmisi olan tanker Tekirdağ sahillərində yer alıb.

Tekirdağda güclü külək səbəbindən çimərliyin bir hissəsi qırmızı yosunlarla örtülüb.

Paylaş: