Fırtına buludlarında yeni bir qamma şüası emissiyası aşkar edilib
Norveçin Bergen Universitetinin tədqiqatçıları tufan buludlarında stasionar flaşlardan daha qısa davam edən qamma şüalarının yeni növünü aşkar ediblər. “Nature” jurnalında dərc olunan iki araşdırmada göy gurultusu yüksək hündürlükdə uçuşlar vasitəsilə araşdırılıb.
Tədqiqatlar nəticəsində məlum olub ki, tufanlarda aşkar edilən yeni qamma şüaları emissiyası əvvəllər məlum olan qamma şüalarından daha çox yayılmışdır.
“Qamma şüası flaşları” adlanan şüaların elm adamlarının üzərində çalışdıqları ildırım radiasiyası ilə bağlı itkin halqaya cavab olduğu və ildırım yaradan mexanizmlər haqqında yeni məlumatlar verdiyi ifadə edilib.
Qara dəliklərin ətrafındakı qamma şüalarının rentgen şüalarından daha güclü olduğunu bildirən tədqiqatçılar bu kəşflə hava hadisələri və ildırımın meydana gəlməsi ilə bağlı daha doğru və vaxtında proqnozlar verilə biləcəyini qiymətləndirirlər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...