Finlandiyada prezident seçkilərinin ilkin nəticələri açıqlanıb
Finlandiyada prezident seçkilərində səslərin sayılmasına başlanılıb.
Fhnews.az RİA Novostiyə istinadla xəbər verir ki, prezident seçkilərinin birinci turunda Finlandiyanın keçmiş Baş naziri Aleksandr Stubb və respublikanın keçmiş xarici işlər naziri Pekka Haavisto öndədir.
Qeyd edildiyi kimi, səslərin 82,8 faizi hesablandıqdan sonra Stubb 27,3 faiz, Haavisto 25,1 faiz, parlamentin spikeri Jussi Halla-aho isə 18,7 faiz səs toplayıb.
Finlandiyada prezident seçkilərində səsvermə yanvarın 28-də keçirilib. Seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb, bundan sonra bülletenlərin hesablanması başlayıb. Erkən səsvermə yanvarın 17-dən 23-dək keçirilib.
Namizədlərdən heç biri 50 faizdən çox səs toplamasa seçkilərin ikinci turu fevralın 11-də keçiriləcək. Ədliyyə Nazirliyi birinci turun rəsmi nəticələrini yanvarın 30-dan gec olmayaraq elan edəcək. İkinci turun nəticələri fevralın 14-dən gec olmayaraq təqdim edilməlidir.
Seçkilərdə 9 namizəd iştirak edir, lakin əsas mübarizə keçmiş Baş nazir Aleksandr Stubb və keçmiş xarici işlər naziri Pekka Haavisto arasında gedir. Finlandiya prezidenti altı il müddətinə seçilir. Hazırkı dövlət başçısı Sauli Niinistonun səlahiyyətləri fevralda başa çatır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...