Finlandiya Rusiya sərhədindəki keçid məntəqələrini qeyri-müəyyən müddətə bağlayır
Finlandiya daha əvvəl bağlanmış keçid məntəqələrinin və Rusiya sərhədindəki bəzi limanların qeyri-müəyyən müddətə bağlı qalacağını açıqlayıb.
Ölkənin Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, hökumət Rusiya sərhədindəki keçid məntəqələrinin aprelin 15-dən etibarən bağlı qalmasına qərar verib. Açıqlamada, aprelin 15-dən etibarən Haapasaari, Nuijamaa və Santio limanlarının turist gəmiləri üçün qeyri-müəyyən müddətə bağlanacağı bildirilib.
Qeyd olunub ki, son illərdə Suriya və Somali kimi ölkələrdən gələnlərin sayı artdıqdan sonra ötən ilin sonunda Rusiya ilə quru sərhədlərini bağlayan Finlandiya ölkəyə qeyri-qanuni immiqrant axınının qarşısını almağı hədəfləyib. Bəyanatda Finlandiyaya qeyri-qanuni mühacir axınının davam edəcəyi təqdirdə bunun Finlandiyanın milli təhlükəsizliyi və ictimai asayişi üçün ciddi təhlükə yaradacağı vurğulanıb.
Xatırladaq ki, Helsinkinin Moskvanın “hibrid əməliyyatı” olaraq xarakterizə etdiyi qeyri-qanuni mühacirlərə görə iki ölkə arasında həftələrdir davam edən gərginlikdən sonra Finlandiya 28 noyabr 2023-cü ildə Rusiya ilə bütün sərhədini müvəqqəti olaraq bağladığını açıqlamışdı.Fevral ayında verdiyi açıqlamada isə Finlandiya sərhədin bağlanmasının aprelin 14-dək davam edəcəyini açıqlamışdı.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...