22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Finlandiya Rusiya ilə sərhəd qapılarını aprelin 14-dək bağlı saxlayacaq

09-02-2024

Finlandiya Rusiyadan gələn qeyri-qanuni mühacir axını ilə mübarizə məqsədilə noyabrın 24-də 9 sərhəd qapısından 8-ni bağlamışdı. Finlandiya Daxili İşlər Nazirliyi aprelin 14-dək sərhəd qapılarını bağlı saxlayacağını açıqlayıb və hökumətin sərhədi bağlamağı dayandıracağı təqdirdə daha çox immiqrantın gələcəyini göstərən dəlillərə malik olduğunu bildirib.

Finlandiyanın daxili işlər naziri Mari Rantanen bildirib ki, Rusiya tərəfində yüzlərlə, hətta minlərlə mühacir Finlandiyaya gəlmək üçün fürsət gözləyirlər. Qeyd edək ki, Rusiya ilə 1340 kilometr ümumi sərhədi olan Finlandiya Rusiyanın qeyri-qanuni miqrasiyanı təşviq etdiyi iddialarından sonra bu qərara gəlib.

Paylaş: